2024-də hansı qaş formaları dəbdə olacaq?

2024-də hansı qaş formaları dəbdə olacaq?Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu, sizin üz quruluşunuz, dəri, saç və göz rənginizdən asılıdır. Lakin bir neçə variant var ki, onlardan özünüz üçün ən uyğun olanı seçə bilərsiniz.
Məlunat üçün deyək ki, 2024-cü ildə təbii, düz və nazik qaş formaları dəbdə olacaq.
Təbii
2024-də hansı qaş formaları dəbdə olacaq?Qaş dizaynının əsas tendensiyalarından biri odur ki, praktiki olaraq heç nəyi dəyişdirmirik. Qaş paletlərinin köməyi ilə onu əhəmiyyətli dərəcədə daraltmağa və ya genişləndirməyə çalışmayın, ancaq formanı olduğu kimi saxlayaraq minimal şəkildə düzəldin. Həddən artıq vurğulanmış və boya ilə doldurulmuş qaşlar, çoxdan öz aktuallığını itirib. Bundan əlavə, onlar üzü həmişə ağırlaşdırır, hətta bizi olduğumuzdan daha yaşlı da göstərə bilir.
Nazik
2024-də hansı qaş formaları dəbdə olacaq?2000-ci illərin nazik qaş trendi bir qədər yerini itirib, lakin moda arenasını tamamilə tərk etməyi planlaşdırmırlar. Bəzi hallarda bu qaş forması sizə baxışlarınızı "açmağa" və üz cizgilərinizi daha incə göstərməyə imkan verir. Nəzərə alın: bu qaş forması hər kəs üçün uyğun deyil və sonradan qaşlarınızı geri qaytarmaq problemli ola bilər. Buna görə də, naqqaşla silahlanmazdan əvvəl maraqlı bir eksperiment aparın. Bunun üçün qələmlə qaşlarda istədiyiniz qalınlığı çəkin və "əlavə" tükləri sıx örtücü krem və konsiler ilə gizləyin. Nəticəni bəyənirsinizsə, qaş mütəxəssisi ilə görüş təyin etməyə qorxmayın.
Düz
2024-də hansı qaş formaları dəbdə olacaq?Əgər qaşlarınız təbii qövsə malik deyilsə, onlara forma verməyə tələsməməlisiniz. Demək olar ki, dümdüz qaşlar da bu mövsüm çox məşhurdur. Düz qaşların görünüşünüzü ağırlaşdırmaması üçün çox diqqətli olmalısınız. Onları böyümə istiqamətində şəffaf bir gel ilə daramaq ən idiealıdır. Və əgər hardasa seyrəklik varsa, onu xüsusi layner və ya nazik qələmlə nöqtə-nöqtə ilə tamamlamalısınız. Bu şəkildə qaşlar ahəngdar görünəcək. / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2940   Tarix: 30 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

turlar.az

sonxeber.az qadin sayti hamilelikde qidalanma donlar 2024 azerbaycan haqqinda bal şəfadı yeni paltarlar 2024 sulu yeməklər kosmetika baliq babasil aydin sani cantalar cinsi əlaqə