Balqabaq kotleti (9ay+)

Balqabaq kotleti (9ay+)Çoxumuza görə balqabaq tərəvəz ola bilər, ancaq araşdırmalara görə tumu olan hər şey meyvə hesab olunur. Hər halda, balqabaq şirin və duzlu yeməklərdə istifadə edilə bilinən bir qidadır. Dəmir, kalsium, maqnezium, kalium, fosfor və C, A, E, K vitaminlərini, folat və riboflavin kimi minerallarını ehtiva edir. Körpələr üçün hazırlanan balqabaq yeməkləri, daha böyük uşaqlarınıza da asanlıqla verə bilərsinis. Yalnız daha böyük uşaqlar üçün bu cür yeməyi təqdimatlı hazırlasaz, uşağın yeməsini asanlaşdıracaq, çünki onlar artıq ferqli dadlar dadıblar və maraqlı təqdimatlı balqabaq yeməyi onları yeməyə sövq edə bilər.

Balqabağın uşaqlara faydaları:

· Anemiyanın qarşısını alır.

· Balqabaq çox güclü bir antioksidandır.

· Allergik reaksiyaların qarşısını almağa kömək edir.

· Həzmə kömək edir.

· Bağırsağın işini asanlaşdırdığı üçün qəbizliyi aradan qaldırır.

· Sümükləri və dişləri gücləndirir.

· Balqabaq göz sağlamlığını qoruyur.

· Xərçəng xəstəliklərindən qoruyur.

· İltihabı sağaltmağa kömək edir.

Qısacası, balqabağın körpələr üçün faydaları saymaqla bitmir. Əlavə qidalara keçərkən körpənizə verə biləcəyiniz ilk qidalardan biridir. Üstəlik balqabaqdan şorba, püre və desert də edə bilərsiniz.

Baqlqabaq kotleti üçün lazım olan inqrediyentlər;

· 200 qr balqabaq,

· 1 orta ölçülü kartof,

· yarım yerkökü,

· bir qədər şüyüt,

· 2 xörək qaşığı un,

· 1 ədəd kiçik boy soğan,

· 1 yumurta sarısı,

· iki xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,

· İstəyə görə çox az duz.

Baqlqabaq kotletinin hazırlanması;

Rendelenmiş balqabaq, kortof, yerkökü, çox xırda doğranmış soğan şüyüt, un, duz və yumurta qarışdırılır. Kotlet formasında hazırlanıb, tavada qızmış zeytun yağında evvəl qabağı açıq şəkildə, sonra qapağı bağlı halda az odda qızardılır. Yanında kartof və ya düyü ilə verilə bilər.

Sağlam qida     Baxılıb: 20826   Tarix: 04 mart 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Zeytun yağı xərçəngin qarşısını alır.

Aralıq dənizi sahili ölkələrində yaşayan insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinməsi alimlərin diqqətini çəkmişdir. Aparılmış elmi araşdırmalar ilə zeytun yağının ürək-damar xəstəliklərinin qarşısını aldığı sübu

.

Qaraciyərin sağlamlığını qoruyan meyvə

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir. Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyə

.

Meyvə salatının faydaları

Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər

.

"Zeytun Bağları" ilə hazırlanmış Tərəvəzli toyuq - VIDEO

Resept:. -Toyuq filesi 150 q. -1 ədəd böyük badımcan. -1 ədəd kök. -1 ədəd bibər. -2 ədəd pomidor. -1 ədəd qırmızı baş soğan. -2 diş sarımsaq. -duz, istiot. -2 x.q. "Zeytun Bağları" yağı. Nuş olsun!. jwplayer "mediaspace_17160563954541349076648f14b8f8c1.setup"flashplayer"

.

Meyvə qurusu alarkən nələrə diqqət etməli?

Meyvə qurusunu necə seçməli?. Dietoloqlar həmişə quru meyvələrin faydalarından danışırlar. Birincisi, onun tərkibində sellüloz maddəsi var ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. İkincisi, tərkibindəki vitami

.

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

turlar.az

sonxeber.az geyim seçimi yay kolleksiyasi adlarin menasi psixoliji məsləhətlər cinsi münasibətlər kişi sağlamlığı sinir sistemi kosmetika haxışda novruza aid hakisdalar vətən ekizler qizlar