Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏBDərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır.
Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim əlavə müayinələri və analizləri təyin edə bilər və ya xəstəni digər mütəxəssislərə (dermatoloq, endokrinoloq, allerqoloq və s.) göndərə bilər.
Beləliklə, qaşınmaya səbəb olan xəstəliklər və pozulmalar:
- Allergiya dəri qaşınmasının əsas səbəblərdən biridir. Həkimlərin müşahidələrinə görə, Yer kürəsində yaşayan insanların əksəriyyətində bu və ya digər formasında allergiya var. Bu zaman allergik reaksiyasına səbəb olan amil (bu heyvanların tükü, yün, yuyucu vasitələr, hər hansı qida və s. ola bilər) təyin olunmalı və allergiyadan əziyyət çəkən insan bu maddə ilə təmasda olmamalıdır (əgər bu mümkündürsə).
Saglamolun.az bildirir ki, neyrodermit allergik reaksiyanın daha mürəkkəb formasıdır. Neyrodermit zamanı dərinin qaşınan sahələrində dəri qalınlaşır, nahamar olur. Qaşınma gecə saatlarında xəstəni daha çox narahat edir. Neyrodermit adətən insanda uşaq yaşlarında inkişaf edir, vaxtaşırı olaraq kəskinləşir və güclü, dözülməz qaşınma ilə müşayiət olunur. Bir çox hallarda xəstəliyin kəskinləşməsi stresin fonunda inkişaf edir. Xəstə allerqoloqda müalicə almalıdır. Müalicə uzun müddət ərzində kurslarla həyata keçirilir.
- Bir çox hallarda dərinin qaşınmasının səbəbi güclü stress olur. Bəzi psixiki xəstəliklər də (psixoz və s.) qaşınma ilə müşayiət olunur.
- Şəkərli diabet.Bu xəstəlik zamanı qanda şəkərin səviyyəsi artır və bu bütün bədəndə və ya bədənin hər hansı hissələrində (anus, cinsiyyət orqanları) qaşınmaya səbəb olur. Qaşınma xəstəni daim narahat edə bilər və ya vaxtaşırı olaraq meydana çıxa bilər. Qaşınmadan əlavə xəstədə susuzluq, tezləşmiş sidik ifrazı, halsızlıq, bədən çəkisinin azalması kimi simptomlar inkişaf edir.
- Qara ciyərin bir çox xəstəlikləri və pozulmaları zamanı dəridə qaşınma olur. Qara ciyərin fəaliyyətinin pozulması qanın tərkibinə təsir edir ki, bu isə qaşınmaya və s. simptomlara (sarılıq, sidiyin tünd olması, ümumi halsızlıq, dəridə səpgilər və s.) səbəb olur. Qara ciyər sirrozu və xərçəngi zamanı qaşınma çox güclü dözülməz olur, xəstəni olduqca narahat edir.
- Böyrək xəstəlikləri və pozulmaları zamanı böyrəklər qanı yaxşı təmizləmir ki, bunun nəticəsində orqanizmdə çoxlu miqdarda toksinlər, şlaklar və digər ziyanlı maddələr yığılır. Bunun nəticəsində isə dəridə qaşınma yaranır.
- Qotur. Hal hazırda bu xəstəliyə daha nadir hallarda rast gəlinir. Xəstəliyin səbəbi mikroskopik qotur gənəsi olur.
- Bəzi dərman preparatların qəbulu qaşınmaya səbəb ola bilər. Bu halda sizə bu preparatı təyin edən həkimə müraciət etmək lazımdır.
- Göbələk xəstəlikləri də qaşınmaya səbəb olur. Bir çox hallarda göbələk infeksiyası ayaq pəncələrində, cinsiyyət orqanlarında olur. Diaqnoz təsdiq olunduqda, həkim xüsusi göbələkəleyhinə preparatları təyin edir (həb, krem, şam şəklində).
- Babasil, düz bağırsağın iltihabı (proktit) və çatı anus nahiyəsində olan güclü qaşınmaya səbəb olur. Qaşınmadan əlavə xəstəni ağrılar, qanlı, selikli ifrazatlar, nəcis ifrazının çətinləşməsi narahat edə bilər.
- Psoriaz (dəri xəstəliyi) zamanı qaşınma əsas simptomlardan biridir. Zədələnmiş dəri ağımtıl pulcuqlarla örtülür. Psoriaz xroniki xəstəlikdir, onun dəqiq əmələ gəlmə səbəbləri tibbdə hələ ki məlum deyil. Xəstəliyin müalicəsi ilə dermatoloq məşğul olur.
- Kişi və qadınlarda cinsiyyət orqanlarda qaşınma cinsi yolu ilə keçən infeksiyaların əlaməti ola bilər. Bu zaman qaşınmadan əlavə xəstəni qeyri-adi ifrazatlar (irinli, iyli, yaşıl və s.) narahat edə bilər.
- Qadınlarda klimaksdan əvvəl hormonal fon dəyişilir və bu da cinsiyyət yollarında qaşınmaya, quruluğa səbəb ola bilər.
- Kişilərdə prostatit, prostatın adenoması və s. kişi xəstəlikləri zamanı cinsiyyət orqanlarında və anus nahiyəsində qaşınma olur. Bundan əlavə xəstəni aralıq nahiyəsində ağrılar (sidik ifrazı zamanı kəskinləşir), sidik ifrazın çətinləşməsi, bəzən hərarətin qalxması kimi simptomlar narahat edə bilər.
- Dərisi çox nazik və quru olan insanlarda (xüsusilə yaşlı insanlarda) tez-tez qaşınma olur. Bu halda dərini nəmləndirici vasitələrlə nəmləndirmək, küləkdən, günəşdən qorumaq lazımdır.
- Qurd xəstəlikləri (enterobioz və s.) anus nahiyəsinin qaşınmasına səbəb olur.
- Qadınlarda hamiləlik zamanı dəridə qaşınma ola bilər. Qarın nahiyəsinin dərisi güclü dartılır, nazilir və bu qaşınmaya səbəb olur. Doğuşdan sonra qaşınma adətən keçir.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1253   Tarix: 21 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

sonxeber.az geymler 2024 makiyaj instagram kosmetika mehsullari dərmanlar i̇mtahana hazırlıq dirnaq manikuru vaginal təmizlik kosmetika sağlıq cinsi uşaq şeirləri pizza kley lekesi