Diqqət: bu xəstəlik uşaqlardan böyüklərə keçir

Diqqət: bu xəstəlik uşaqlardan böyüklərə keçirSon günlər həzm sistemindən şikayət edən bir çox pasientlə rastlaşırıq. Şikayətlər daha çox "epiqastral nahiyə" dediyimiz mədə nahiyəsində yayılmış ağrılar, ürəkbulanma, qusma və ishalın olmasıdır. Bəzən bu, ümumi halsızlıq, ciddi zəiflik, tez yorulma, tərləmə və hərarət kimi simptomlarla müşahidə olunur. Bu simptomların uşaqlardan böyüklərə keçdiyi təsbit olunmuşdur.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında terapevt Sübhan Hacıyev son zamanlar əhali arasında yayılmış mədə ağrısı ilə bağlı danışarkən deyib.
"Mədə-bağırsaq traktında payız-qış aylarında rotavirus və yaxud norovirus infeksiyaları ilə rastlaşırıq. İmmun sistemi güclü olan insanlarda adətən bu simptomlar öz-özünə keçib gedə bilir. Çünki immun sistemi bu viruslara qalib gələ bilir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, qaraciyər, böyrək xəstəlikləri və s. olan insanlarımızda isə bu, daha ağır keçir. Bu fəsadlarda su-duz mübadiləsinin, yəni elektrol mübadilənin, qanda laxtalama sisteminin pozulması, bəzən virus infeksiyasının yanına əlavə olaraq bakterial bir infeksiyanın qoşulmasını görə bilirik. Ona görə də əgər üç gündən çox bu simptomlar davam edirsə, həkimə müraciət olunmalıdır. Çünki bəzən bu xəstəliklərin ağırlıq dərəcəsinə görə xəstəxanada müalicə tələb oluna bilir", - Hacıyev bildirib.
Terapevt qeyd edib ki, bu cür xəstəliklərdən uzaq durmaq üçün insanlara toplu yerlərdən qaçmaları tövsiyə olunur:
"Payız-qış aylarında bu xəstəliklər baş qaldırır. İnsanların xüsusilə də qida məhsullarına qeyri-ciddi yanaşması, fəst-fudlardan istifadə etməsi ağrının baş verməsinə səbəb olur. Yedikləri qidaya diqqət etməli, meyvələri ciddi şəkildə yumalıdırlar. Uşaqların əl və ayaqlarının dezinfeksiyası önəmlidir. Çünki uşaqlar hər zaman infeksiyalara məruz qala və nəticədə bütün ailə üzvlərini bu infeksiyaya yoluxdura bilirlər".
Milli.Az

Xəbərlər     Baxılıb: 687   Tarix: 01 noyabr 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəbizliyi dərhal aradan qaldıran tərəvəz

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliy

.

Dönər alarkən bunlara diqqət etmək lazımdır

Dönər alarkən vətəndaşların diqqət etməli olduğu məqamlar açıqlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilib. Dönər alarkən aşağıdakılara diqqət edilməlidir:. -Qida təhlükəsizliy

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər. -a istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfində

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

.

Yaz yorğunluğu ilə mübarizə aparmağın sirri

Baharla birlikdə dəyişməyə başlayan gündüz və gecə dövrləri, iqlim dəyişikliyi səbəbi ilə orqanizmin yeni şərtlərə uyğunlaşmağa çalışması asan deyil. axşam.az-a istinadən bildirir ki, mütəxəssislər yaz yorğunluğu ilə mübariz

.

Bu yağlar qanda laxtalanma riskini artırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən bildirir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Banan yeməyin faydaları və zərərləri. Soğanın hansı növü daha faydalıdır?

.

Şaftalı bu xəstəliyi olanlara faydalıdır

Şaftalı şirin və dadlı meyvə olması ilə yanaşı, vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir. Həmçinin bu meyvənin insan sağlamlığına bir çox faydaları var. -a istinadə

turlar.az

sonxeber.az geyim seçimi yay kolleksiyasi adlarin menasi psixoliji məsləhətlər cinsi münasibətlər kişi sağlamlığı sinir sistemi kosmetika haxışda novruza aid hakisdalar vətən ekizler qizlar