Dünyanın gözəllik sirləri – İNANILMAZ ƏNƏNƏLƏR

Dünyanın gözəllik sirləri – İNANILMAZ ƏNƏNƏLƏRYapon qadınların parlaq saçları, Yunan qadınların zeytun yağından gələn gözəlliyi… Gözəllik mövzusunda hər bir ölkənin özünə xas ənənələri var.
Beləliklə, xarici KİV-ə istinadən, dünyanın müxtəlif ölkələrindən gələn gözəllik sirlərini sizin üçün toplamaq qərarına gəldik:
1) Avstraliya
Avstraliyalı qadınların boymadərən bitkisindən gələn gözəllik sirrinin aborigenlərə qədər gedib çıxdığını deyirlər. Nəmləndirici və canlandırıcı xüsusiyyətiylə bu bitki yaşlanmaqla bağlı cizgiləri qarşısını alır.
2) Çili
Çilili qadınların parlaq dərilərinin sirri antioksidant mənbəyi olaraq bilinən qırmızı üzümdən gəlir. Siz də bunun üçün bir ovuc qırmızı üzümü əlinizdə əzib, iki qaşıq unla qarışdıraraq, hazırladığınız maskanı dərinizə tətbiq edib 10 dəqiqə gözlədikdən sonra, üzünüzü yuya bilərsiniz. Bu təbii maska dəridəki yorğunluq əlamətlərini yox edir, üzə ecazkar bir işıq verir.
3) Dominikan Respublikası
Dominikan Respublikası qadınları çox güclü dırnaqları ilə tanınır. Bu dırnaqların sirri isə sarımsaqda gizlidir. Bir parça təzə sarımsağı rəngsiz dırnaq boyası şüşəsinə atıb, bir həftə və ya 10 günə qədər saxlayın. Daha sonra boyanı dırnağınıza sürtün. Qorxmayın, sarımsağın qoxusundan əsər-əlamət qalmır.
4) Misir
Kleopatranın gözəllik sirrinin süd vannasında gizli olduğu bir əfsanə deyil. Dərinizi yumşaltmaq və ölü dərilərdən təmizləmək üçün hamam suyuna iki stəkan süd tökərək, siz də yumşaq bir cildə qovuşa bilərsiniz.
5) Fransa
Kosmetika dünyasının nəhənglərinin vətəni Fransadakı qadınların gözəllik sirri dəri təmizliyində gizlidir. Fransız qadınlar heç bir halda makiyaj təmizləmədən yatağa girmirlər. Bunun xaricində xüsusi bir maska formulları da var. Gilas və nar çəkirdəklərinin döyülməsiylə hazırladıqları maskanı beş dəqiqəyə qədər dərilərinə tətbiq edən Fransız qadınlar, təbii maddələrlə həm dəri elastikliyini artırır, həm də parlaq bir cildə qovuşurlar.
Dünyanın gözəllik sirləri – İNANILMAZ ƏNƏNƏLƏR6) Yunanıstan
Aralıq dənizi qadınlarının gözəlliyini göstərən yunan qadınlarının sirri zeytun yağı qədər, Aralıq dənizi tərzi qidalanma üsulunda yatır. Omega-3 və Omega-6 ilə zəngin balıq, təzə tərəvəz və meyvələr ilə qidalanan yunan qadınlar, antioksidant və vitamin baxımından zəngin bir qidalanma vərdişinə sahibdirlər.
7) İsrail
İsrailli qadınlar dəniz duzunun faydalı gücünə inanır və buna görə də gözəlliklərinin Ölü dənizdən qaynaqlandığını düşünürlər. Siz də dəniz duzunun detoks təsirindən evdə istifadə etmək istəyirsinizsə, yarın stəkan dəniz duzu, bir çimdik dəniz yosunu, yarım stəkan masaj yağı və 10-15 damcı lavanda yağını qarışdırıb dərinizə tətbiq edə bilərsiniz.
8) İtaliya
İtalyan qadınların hər kəsi qısqandıran gözəl saçlarının sirri mətbəxdə gizlidir. Qatıq və zeytun yağını qarışdırıb, saçlarını nəmlənən italyan qadınları beləliklə saça həm zülal, həm də nəmlik qazandırmış olur. Siz də bir fincan qatıq və bir qaşıq zeytun yağı qarışığını yuyulmuş saça tətbiq edib, beş dəqiqə saxladıqdan sonra, soyuq suyla yaxalaya bilərsiniz.
9) Yaponiya
Yapon qadınların ipək kimi uzun saçlarının sirri yenə də Yapon mətbəxində gizlidir. Sushi"nin əsas tərkib hissələrindən biri olan yosun zəngin yod mənbəyi olması səbəbiylə, sağlam saçların təməl daşlarından biridir. Yapon qadınlar yosunu yeməkdən əlavə, pörtüb birbaşa saça da tətbiq edirlər.
10) İspaniya
İspan qadınların saçlarının gözəlliyi isə zoğaldan gəlir. Duşdan çıxmamışdan əvvəl beş stəkan zoğal suyunu normal su ilə qarışdırıb saçlarınıza tətbiq edin. Bunu həyata keçirəndən sonra günəşə çıxsanız, saçınızda təbii rənglər da yaranacaqdır.
11) İsveç
İsveçli qadınların gözəlliyi təbii meyvələr və balıq üstünlüklü qidalanma vərdişlərinin yanaşı İsveç mədəniyyətində mühüm yer tutan saunada gizlidir. Sauna dərini toksinlərdən təmizləyir. Siz də evdə sauna təsiri yaratmaq istəyirsinizsə, bir miqdar qaya duzu, zeytun yağı və 10 damlaya qədər evkalipt yağını qarışdırıb bütün dərinizə masaj edərək tətbiq edin, sonra soyuq su ilə durulayın. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 3853   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

turlar.az

sonxeber.az donlar 2024 yaz geyimleri 2024 reseptler virtual dərslər sizanaga qarsi maskalar gəlinlik və toy dəbi elm haqqinda atalar sozu kosmetika novruza aid hakışda arıqla burclər zehmet ve zinet qiz evi haxista