Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? - AÇIQLAMA

Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? - AÇIQLAMASon günlər hamilələr arasında qızılcaya yoluxma ilə bağlı ciddi narahatlıq var. Onların bir çoxu əsaslı və ya əsassız həkim konsultasiyalarına üz tutur. Bəziləri isə sosial şəbəkə üzərindən paylaşım edərək, "hamiləlik zamanı qızılcaya yoluxma halı baş verərsə, nə etməliyəm" sualına cavab axtarırlar.
Bəs hamiləlikdə qızılca virusuna yoluxduqda nə etmək lazımdır? Bu, doğulacaq uşağa nə kimi mənfi təsir edə bilər? Hamiləlik dövründə qızılcaya yoluxma düşük təhlükəsinə gətirib çıxara bilərmi?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Kəmalə Əfəndiyeva qeyd edib ki, hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər.
O bildirib ki, hər bir qadın sağlam hamiləlik üçün ilk həftələrdən etibarən həkim nəzarətində olmalıdır:
"Müayinə zamanı qadının qızılca keçirmədiyi aşkarlanarsa, mütləq şəkildə sıxlıq olan yerlərdən uzaq olmalı, qızılcaya yoluxan biri ilə təmasda olmamalıdır. Təmas olubsa, profilaktik olaraq hamiləyə immunoqlobulin yeritmək mümkündür.
Hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər. Belə ki, qadın birinci trimestrdə qızılcaya yoluxubsa, bu hamiləlik dölün inkişafdan qalması və ya düşüklə nəticələnə bilər. İkinci trimestrdə qızılcaya yoluxma halı varsa, bu zaman uşaqda sinir sistemi, ürək-damar sistemi ilə bağlı inkişaf qüsurları yarana bilər. Hamiləlikdə qızılcanın olması vaxtından əvvəl doğuş təhlükəsi riskini də artıra bilir. Ana namizədi üçün isə meningit, ensefalit kimi fəsadlar yarana bilər.
Əgər qadında hamiləliyin üçüncü trimestrində qızılca aşkarlanıbsa, bu zaman körpəsinin virusla doğulması ehtimalı artır, qızılcanın əksər simptomları yenidoğulmuşda özünü göstərə bilir və təxminən 7-14 gün çəkir".
Həkim əlavə edib ki, peyvənd olunmayan qadın hamiləlikdə belə hallarla qarşılaşmamaq üçün yaxşı olar ki, hamiləliyi planlamadan öncə vaksinasiya olunsun:
"Bu, həm qadının, həm də uşağın sağlamlığı üçün önəmlidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 776   Tarix: 31 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstidə havada nə etməliyik? - DİETOLOQDAN MƏSLƏHƏT

İsti havalarda ətraf mühitin temperaturunun artması səbəbindən orqanizm əlavə stressə məruz qalır ki, bu da sağlamlıq üçün müxtəlif mənfi nəticələrə səbəb ola bilir. Buna görə də, su istehlakını artırmaq, lakin həddində

.

Qanı durulaşdırmaq üçün bu salatı yeyin

Qanı durulaşdırmaq və trombdan qorunmaq üçün qırmızı kələmə üz tutun. "Medicina"ya istinadən xəbər verir ki, dietoloq Natalya Denisova qırmızı kələmin faydasını danışıb:. "Qırmızı kələmdə yüksək miqdarda antosianla

.

Aptek vitaminləri immuniteti möhkəmləndirmir

Süni vitaminlər immuniteti möhkəmləndirmir, xüsusi göstəriş olmadan aptek vitamin dərmanları və iynələrini istifadə etmək olmaz. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-aparıcı Aleksandr Myasnikov bildirib

.

Şokolad desertlərində xərçəng yaradan - maddə tapıldı

Belçikanın Luvenski Biomolekulyar intitutunun alimləri şokolad desertləri ilə bağlı şok nəticələr əldə edib.   -a istinadən xəbər verir ki, ACS Journal of Agricultural and Food Chemistry elmi dərgisində çap olunan məqaləd

.

Onun köməkliyi ilə dəri xərçəngini erkən mərhələdə aşkar edəcəksiniz

İsveçin Karolinska İnstitutunun alimləri dərinin səthində bədxassəli melanomanın biomarkerlərini tuta bilən mikroiynəli yeni növ plastır hazırlayıblar. -a istinadən bildirir ki, plastır bədxassəli melanoma üçün mühüm biomarke

.

Ölüm saçan dərman Bakıda satışa çıxarıldı: Həm daxili, həm xarici məhv edir

Son vaxtlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır. baku tv-yə istinadla bildirir ki, qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqlar

.

Səhərlər yaşlı insanlara nə yemək olmaz?

İllər keçdikcə bədənimiz dəyişikliklərə məruz qalır, bunun nəticəsində  nəzərə alınmalı olan yeni ehtiyaclar var. Buna misal olaraq düzgün yemək və mütəxəssislərin tövsiyələrinə əməl etmək lazımdır. .   -a istinadən bildiri

.

Ac qarına bal ilə su içmək zərərlidir? - Alimlər AÇIQLADI

Bir çox həkimlər səhərlər ballı su içməyin həzm və ümumi sağlamlıq üçün faydalı olduğunu iddia edirlər. Ancaq bu iddianı dəstəkləmək üçün kifayət qədər elmi araşdırma yoxdur. .   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Buna görə xəstəliklərin sayı artır - Nazir

Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır. İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir. -a istinadən bildiri

turlar.az

sonxeber.az hamiləlik toy makiyaji sekilleri toy gecesi her sey daxil aciq zedelenmeler yaralar viruslar yemişan faydaları kosmetika məsəllər baliq həmidə faydalı maskalar hakışta