Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

Manna yarmalı tərəvəz şorbası (1 yaş+)Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratın yüksək miqdarı, manna yarmasının yaxşı bir enerji mənbəyi olmasına bir işarətdir. Xüsusilə, inkişaf mərhələsində olan uşaqların qidalanması tövsiyə olunur.

Maqneziumla və liflə zəngin olan bu qida insana doyumluluq hissi verir. Bundan başqa, tərkibində çoxlu dəmir mineralları da vardır. Dəmir anemiyası olanlar üçün vacib bir mineraldır. Dəmir sayəsində qan içində oksigen daşıyan hemoglobin daha təsirli işləyir.

Manna yarması, həmçinin ürək və böyrək sağlamlığı üçün çox faydalıdır. Manna yarmalı tərəvəz şorbası qış ayları üçün çox gözəl bir reseptdir. Körpənizdə qaz problemi varsa, bu şorbanı içirdikdən sonra yatmaq əvəzinə körpənizi oyaq saxlayıb, hərəkətdə olmasına şərait yaradın. Beləliklə, körpəniz qazını rahatlıqla çıxaracaqdır.

Manna yarmasının bu qədər faydalı olmasına baxmayaraq, onu əks göstərişləri də vardır. Buna görə də, mütəxəssislər manna yarmasını ən azı həyatının ilk ilinə qədər olan körpələrə tövsiyə etmirlər. Bir ildən sonra, bağırsağın normal işləməsinə və ferment sisteminin yetkin olmasına baxmayaraq, bu qidanı tədricən körpə menyusuna (ən çox həftədə bir dəfə olmaqla) daxil edilə bilər.

Manna yarmalı şorba üçün inqrediyentlər:

· 1 kiçik kasa qədər gül kələm (100 qr),

· 1 ədəd yerkökü,

· 3 xörək qaşığı manna yarması,

· 1 stəkan su,

· 1 çay qaşığı "Zeytun Bağları" zeytun yağı.

Manna yarmalı şorbanın hazırlanma qaydası:

Qazana təmizlənmiş doğranmış yerkökü, gül kələmi, su və manna yarması əlavə olunur və tərəvəzlər yumuşana qədər qarışdırılaraq, bişirilir. Tam bişirildikdən sonra əl blendirindən keçirib, 1 çay qaşığı zeytun yağını əlavə edin. Şorbanı körpənizə ilıq şəkildə verə bilərsiniz.

DİQQƏT: Bu şorbanın, 1 yaşdan yuxarı uşaqlar üçün daha dadlı olması üçün içərisinə soğan, bir çimdik duz və limyon əlavə edilə bilər.

Sağlam qida     Baxılıb: 6666   Tarix: 18 fevral 2020
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

.

Almalı pankeyk (10 ay+)

Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkild

.

Qarabaşaq şorbası (1 yaş +)

Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Qarabaşaq fosfor, dəmir, kalsium, maqnezium, mis, kükürd, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlərlə, A

.

Zeytun yağı xərçəngin qarşısını alır.

Aralıq dənizi sahili ölkələrində yaşayan insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinməsi alimlərin diqqətini çəkmişdir. Aparılmış elmi araşdırmalar ilə zeytun yağının ürək-damar xəstəliklərinin qarşısını aldığı sübu

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

.

Tərəvəz omleti (1 yaş +)

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməy

.

Brokoli ilə toyuq kotleti (1+)

Brokoli ilə toyuq kotleti 1. Uşaq qidasında toyuq əti yüksək zülal dəyəri olan qidalardan biridir. Bir sözlə, toyuq əti uşağın sağlam böyüməsi, məktəb həyatında uğur qazanması və aktiv həyatında tez yorulmaması, fiziki v

turlar.az

sonxeber.az həkim məsləhəti gozel gorunmek qaşların formalari seks haqqinda uşaqlar və tərbiyə doslu qizlar testlər kosmetika toy gecesı bir arzum var sperma banan olumu