Məşhur psixiatrdan xoşbəxtlik və qəlb rahatlığını tapmağa kömək edən QAYDALAR

Məşhur psixiatrdan xoşbəxtlik və qəlb rahatlığını tapmağa kömək edən QAYDALARBir çox insanın məqsədi ideal münasibətlər əldə etmək, xəyallarındakı işi tapmaq, xoşbəxt olmaq və həyatdan məmnun qalmaqdır. Ancaq bu hədəflərdən birinə çatmaq üçün özünü inkişaf etdirmək də daxil olmaqla, səbr və əzm tələb olunur.
Bəziləri möhkəm ailə qurur, digərləri karyeranı seçir. Bəziləri isə səyahət və dünya biliklərini inkişaf etdirir. Ancaq buna necə nail olmaq yollarını hər kəs bilmir.
Praktik psixologiya mövzusunda 30-dan çox kitab yazan psixoloq, yazıçı və psixoterapevt Mixail Litvak şəxsi həyatda və peşəkar karyerada uğur qazanmağın 20 əsas qaydasını tərtib edib.
1. Xoşbəxtlik hədəf ola bilməz
Xoşbəxtliyin arxasınca getməyin. Onu başqa bir adamda və ya maddi nemətlərdə tapa bilməzsiniz. Xoşbəxtlik içdən doğulur və həyatdan zövq almağı öyrənəndə bu vəziyyətə çata bilirsən. Bacarıqlarınızı inkişaf etdirmək sənətini mənimsəməli, nailiyyət və hədəflərinizə köklənməlisiniz. Bu xoşbəxtliyə aparan başlıca yolunuz olacaq.
2. Başqalarının fikirlərindən asılı olmağı dayandırın
Əgər özünüzdən razısınızsa, yaxşı, ağıllı və layiqli bir insan olduğunuzdan əminsinizsə, sizi mühakimə etmək üçün heç vaxt başqa insanlara ehtiyacınız olmayacaq.
3. Gözləməyin və soruşmayın
Həqiqətən nəyəsə nail olmaq istəyirsinizsə, gözləməyin və bunu etmək üçün başqasından icazə və ya təsdiq istəməyin. Hər şeyə özünüz nəzarət etməyə çalışın.
4. Nəzəriyyəçi olmayın
Nəzəri bilikləri hərəkətə çevirən yetkin insan olun. Yetkin olmayan insan müəyyən məlumata sahibdir, amma bunu necə tətbiq edəcəyini bilmir, odur ki, başqalarını tənqid etməkdən başqa çarəsi qalmır.
5. Düzgün planlaşdırılmış tədbirlər müvəffəqiyyətin açarıdır
Fəaliyyətinizi planlaşdırdığınızdan və həyatınızı prioritetlərinizə uyğun təşkil etdiyinizdən əmin olun. Bu xoşbəxtlikdir.
6. Başqalarını günahlandırmayın
Ən böyük düşməniniz pusquda gizlənib yıxılmağınızı gözləyən deyil, özünüzsünüz. Və bu düşmənlə döyüş çox şiddətli ola bilər.
7. Dollar deyilsiniz ki, hər kəs sizi bəyənsin
Hər kəsi məmnun etməyə çalışsanız, dərhal böyük bir uğursuzluğa yuvarlana bilərsiniz. Bu mümkün deyil. Və ehtiyac yoxdur. Bu yolda atılan bütün cəhdləriniz əbəsdir. Özünüzü narahat və emosional hiss edəcəksiniz.
8. Gerçəkliyi xəyal edin
Xəyal qurmağı sevirsinizsə, mümkün ola biləcək reallığı xəyal edin. Real olmayan planlar və hədəflərə vaxt itirməyin.
9. Özünüz üçün yaşamağı öyrənin
Başqalarına bir şey sübut etməyə çalışmaq onlar üçün yaşamaq deməkdir.
10. Depressiya yalnız qaranlıq deyil
Hisslərinizi depressiyaya yatırmayın. Depressiya çətin, pis və xoşagəlməz haldır. Ancaq həm də içinizə baxmaq bir fürsətdir. Yolda irəliləməyinizə mane olan və nəyin sizi əngəllədiyini öyrənin.
11. Düşmənlərlə ünsiyyət qurun
Dostlarla danışmaq, şübhəsiz ki, çox xoşdur. Ancaq yalnız düşmənlərlə söhbətdə özünüz haqqında yeni bir şey öyrənə bilərsiniz. Buna görə bəzən dostlara deyil, düşmənlərə qulaq asmaq daha faydalıdır.
12. Kitab ən yaxşı məsləhətçidir
Yaxşı kitab oxumaq dayaz düşüncəli insanla danışmaqdan faydalıdır.
13. Vaxtınızı faydalı keçirin
Başqalarının həyatına müdaxilə etməyin, bunun əvəzinə elmin və ya fəlsəfənin nə fayda verdiyini düşünün.
14. İnkişafa mane olan münasibətlər
Romantik və ya işgüzar münasibətlərin inkişafa və müvəffəqiyyətli olmağınıza mane olduğunu hiss edirsinizsə, onları nəzərdən keçirin.
15. İnsanlardan qorxmayın
İnsanlarla ünsiyyətdən qorxursunuzsa, bu düşüncədən dərhal xilas olun. Heç olmasa bir saniyə bir insanın sizə qarşı müsbət düşüncədə olduğunu düşünün.
16. Qadın məntiqi haqqında
Kişi və qadın məntiqinin varlığı fikri məntiqsizdir. İnsan ya ağıllıdır, ya da yox.
17. Yalnızlıqdan qorxmayın
Xüsusilə romantik münasibətləri kəsdikdən sonra subaysınızsa, narahat olmayın. Yalnızlıq yetkinliyin və mənəvi böyümənin bir hissəsidir. Bundan əlavə, özünüzlə tək olanda adi haldan daha məhsuldar ola bilərsiniz.
18. Sevincinizi paylaşın
Heç vaxt öz xoşbəxtliyinizdə çox eqoist olmayın. Dostlarınızla bölüşdüyünüz xoşbəxtlik artmaq qabiliyyətinə malikdir. Çünki sevdiklərinizin necə sevindiyini görürsünüz.
19. Heç kim sizi ləngitmir
Sadəcə bəziləri cəld hərəkət edə bilir və siz öz sürətinizdə yaşayırsınız.
20. Özünüzü tərifləməyi bacarın
Özünü necə tərifləməyi bilməyən hər kəs, şübhəsiz ki, ətrafındakıları tənqid edəcək. Həqiqətən söyləyə biləcəyi bir şey olmasa belə.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1103   Tarix: 17 fevral 2022
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Qan təzyiqiniz kəskin yüksəldikdə BUNU ETMƏYİN

Qan təzyiqində dəyişiklik olduqda, bir insanın bacarıqlı davranması və panikaya düşməməsi lazımdır. Terapevt Yelena Çernenko belə bir vəziyyətdə nə etməyin lazım olduğunu açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisi

.

Bədəni 1 həftədə ideal formaya salan pəhriz

Yayın gəlişi ilə qışda alınan çəki bir çox insanın kabusuna çevrilir. Ancaq məşhur dietoloq Qabriela Pikok artıq çəkidən cəmi bir həftə ərzində xilas olmağın mümkünlüyündən bəhs edib. Şahzadə Beatris və Şahzadə Harri il

.

Körpələrə 4 aylıqdan etibarən bu qida verilməlidir - Allergiya riskini azaldır

İngiltərədə aparılan araşdırmaya görə, körpəlik dövründə, yəni 4 aylıqdan etibarən fıstıq məhsullarına məruz qalan uşaqların sonrakı yaşlarda fıstıqlara qarşı allergiyası daha az olur.   -a istinadən xəbər verir ki, bun

.

Pəhriz zamanı hansı qidalar tox saxlayır?

Arıqlamaq qədər vacib olan başqa bir şey də var ki, o da itirilən çəkini saxlamaqdır. Çəkimizi ancaq sağlam şəkildə itirdiyimiz halda saxlaya bilərik. Bu səbəbdən sağlam qidalanmaq vacibdir. "Unikal"a istinadə

.

Spirtli içki ilə dərman qəbul etməyin, yoxsa

Mütəxəssislər alkoqol ilə dərman içməyin təhlükələrini açıqlayıblar. -a istinadən xəbər verir ki, farmakoloqların fikrincə, spirt dərmanların təsirini azaldır. Alkoqol dərmanların udulmasını və onların təsirini azaldır. Dərmanları

.

Alimlər fasiləli orucun təsirini artıran üsul tapdılar

Alimlər müəyyən ediblər ki, fasiləli orucu gün ərzində zülal qəbulu ilə birləşdirmək bağırsaq üçün faydalıdır və daha çox arıqlamağı təmin edir.   -a istinadən xəbər verir ki, yalnız günün müəyyən aralığında yemək yeməy

.

Ölüm saçan dərman Bakıda satışa çıxarıldı: Həm daxili, həm xarici məhv edir

Son vaxtlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır. baku tv-yə istinadla bildirir ki, qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqlar

.

Sodanın pomidor üçün FAYDALARI – Maraqlıdır

Soda yay aylarında insanlar tərəfindən müxtəlif məqsədlər üçün çox istifadə edilir.  .   -a istinadən sodadan düzgün istifadə edilsə, tərəvəzlər sağlam olacaq və yaxşı məhsul verəcək. . Aqronom Anastasiya Kovrijnıx pomidorlar

.

İstidə havada nə etməliyik? - DİETOLOQDAN MƏSLƏHƏT

İsti havalarda ətraf mühitin temperaturunun artması səbəbindən orqanizm əlavə stressə məruz qalır ki, bu da sağlamlıq üçün müxtəlif mənfi nəticələrə səbəb ola bilir. Buna görə də, su istehlakını artırmaq, lakin həddində

turlar.az

sonxeber.az sade makiyaj sekilleri kosmetoloq reseptler cins 2024 mektebli sac duzumleri kabablar tut aragi haqqinda kosmetika vətənə aid bayatılar novruz bayramına aid bakışta kley lekesi suni mayalanma veten haqqinda bayati