Məşhurların gözəllik sirləri

Məşhurların gözəllik sirləriƏn gözəl və ən cazibədar görünmək hər bir qadının arzusudur. Artıq hər qadın da bilir ki, təkcə kosmetik vasitələrlə gözəlləşmək bəs etmir. Ta qədimlərdən bəri hər bir şahzadə qadının özünəməxsus cazibədarlıq və gözəllik sirri var idi. Hətta gözəllik ritualları dövlət sirri kimi qorunurdu. Onlardan bəziləri unudulub, bəzilərisə bütün dünya qadınlarının "mülkünə" çevrilib. Beləliklə, məşhur qadınların bəzilərinin gözəllik sirlərini təqdim edirik.
Çariça Kleopatra cazibədarlıq problemlərini adi su ilə həll edirmiş. Əfsanəvi çariça hər gün səhərlər gözəl bir vanna qəbul edir, həm də elə belə sadə şəkildə deyil, ətrafında ətirli şamlar yandıraraq, suya ətirli bitki yağları tökərək. Bunları etməklə o, hər gün mənfi enerjisini vannadakı suya atmış olurdu.
Başqa bir şahzadə isə hər gün 2 saatını aynanın qarşısında keçirirmiş. Xəzər şahzadəsi Atex gözəllik vurğunu olduğu üçün günün çox hissəsini özünün aynadakı əksinə baxırmış. O dövrdə kosmetik vasitələrin olmaması şəraitində şahzadə əvvəlcə özünü tərif edər, özünə xoş sözlər söylər, sonra isə makiyaja başlardı.
Həmişə diqqət mərkəzində olan, sevilən məşhurların da öz gözəllik sirləri var. Daim formada qalmaq və gözəl görünmək isə uğurlarının tam yarısıdır. Necə deyərlər, çörəkləri xarici görkəmlərindən çıxır. Daim cavan qalmaq istəyən ulduzlar xəsislik etməyib sirlərini bölüşürlər…
Viktoriya Bekhem makiyaj etmədən öncə dondurulmuş xiyar şirəsi ilə üzünü yuyur, sonra krem çəkir. Hesab edir ki, belə makiyaj daha gözəl qalır.
Seksual aktrisa Ancelina Coli hamının heyran olduğu dolğun dodaqlarını sadə və ucuz bir dodaq qoruyucusu ilə mühafizə edir. Ancelina Coli qazlı suya da tövbəlidir. Aktrisanın fikrincə, qazlı su selülitin əmələ gəlməsinin əsas səbəbidir, ona görə də yaşıl çay məsləhətlidir.
Kira Naytlinin vizajisti qonur gözlü xanımı daha cəlbedici etmək üçün parıltılı, qəhvəyi göz kölgələrindən istifadə edir.
Yeva Lonqoriya isə çox makiyajın əleyhinədir. "Nə qədər az makiyaj edirəmsə, bir o qədər də təravətli görünürəm", – deyən aktrisanın əsas makiyaj qaydası belədir: qızılı rəngdə olan göz kölgələrini yanaqlarına və çənəsinə yüngülvari çəkir.
Penelopa Kruzun gözəllik sirri: bütün yeməkləri qreypfrut şirəsi ilə qəbul edir, qəndin yerinə isə çayına saxta bal tökür.
Şarliz Teron isə makiyajı silmək üçün uşaq losyonlarından yaralanır. "Dodaqlarım tez-tez quruyur", – deyən aktrisa bu dərdinin də çarəsini tapıb: "Tərkibində A vitaminli istənilən krem dadıma çatır".
Demi Mur su içənləri əməlli-başlı qınayır: "Kökəlmənin əsas səbəbi sudur", – deyən aktrisa su istəyən zaman meyvəli buzlarla kifayətlənməli olur. Deyəsən, heç kimin cəsarəti çatmır aktrisaya desin ki, buz özü də sudur.
Beyonsun manikür ustası müğənniyə bir biclik öyrədib: E vitaminli kapsulu götürüb ehmalca açırsan, sonra həmin məhlulla dırnaqlarını və dərini silirsən. Beləliklə, dərinin quru olmasının qarşısını alıb, parıltılı dırnaqlara sahib olursan.
Cennifer Lopez ayda bir dəfə güc toplayıb qənd və duzdan imtina edir. Bununla da, artıq yağlardan xilas olan xanım özünü sağlam, yüngül hesab edir.
Pamela Anderson isə gözəlliyinə görə heç də plastik əməliyyatlara özünü borclu hesab etmir. Müxtəlif təbii yağlarla bədəninə qulluq edən xanım hesab edir ki, məhz onların sayəsində cavan qalıb.
Katerina Zeta-Cons daha ağ görünməsi üçün dişlərini çiyələk əzməsi ilə fırçalayır.
Məşhur müğənni Britni Spirs isə dodaqlarının canlı və dolğun görünməsi üçün soyuq alüminium alətlə hər axşam onları masaj edir.
Aktrisa Cennifer Eniston dodaqlarını daha canlı və dolğun görünməsi üçün müntəzəm olaraq şəkərli su ilə masaj edir.
Top model Naomi Kempbel sellüliti əngəlləmək üçün gecə yatmazdan öncə ayaqlarına qəhvə sürtüb, sıx bintlə sarıyır.
Kameron Diaz dünyanın məşhur və çox qazanan qadınlarından biridir. O, tək üz gözəlliyi ilə deyil, həm də bədən gözəlliyi ilə də diqqət çəkir. Məşhur aktrisa gözəlliyini qorumaq üçün 2 ayda bir cildini ölü hüceyrələrdən təmizlətdirir. Hər gün tərəvəz, meyvə, protein və az karbohidratla qidalanan aktrisa əsla qatı yağ və çox duzlu, çox şəkərli şeylər yemir: "Həftədə 2-3 dəfə idmanla məşğul oluram, idmanı buraxmaq, bədəni də buraxmaq deməkdir".
Kameron Diaz həftədə bir dəfə buxar hamamı qəbul edir və ardından bitki yağları ilə bütün vücudunu masaj etdirir. Düzənli şəkildə pedikür, manikür, ara-sıra əl və ayaqlarına parafin sürdürür. Məşhur aktrisa cəfərinin də qadınlar üçün bir gözəllik iksiri olduğunu vurğulayıb: "Cəfəri bədəndəki şişləri azaldır, cildə parlaqlıq verir".
Kameron Diazın qadınlara daha bir məsləhəti var: "Makiyajınızı təmizlədikdən sonra üzünüzü ilıq çayla silin. Bu üzünüzə yumşaqlıq və çəhrayılıq ifadəsi gətirəcək".
 
Xəyalə Muradlı /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 5828   Tarix: 24 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

turlar.az

sonxeber.az qadin sayti hamilelikde qidalanma donlar 2024 azerbaycan haqqinda bal şəfadı yeni paltarlar 2024 sulu yeməklər kosmetika baliq babasil aydin sani cantalar cinsi əlaqə