Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdırQadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, normal doğumun sağlamlıq üçün faydalı olduğunu bildirib.
Həkim normal doğumun ana və körpə üçün 10 faydasını sadalayıb.
"Doğum prosesi hər bir qadının həyatında yaşaya biləcəyi ən bənzərsiz və füsunkar hadisələrdən biridir. Bu təcrübənin xoşagəlməz və ya travmatik olaraq qəbul edilməsi doğru deyil. Bugünkü cəmiyyətdə keysəriyyə əməliyyatı, normal vaginal doğuma alternativ olaraq düşünülür. Amma bu əməliyyat yalnız ana və körpənin həyatına mənfi təsir göstərə biləcək bir vəziyyətdə edilməsi lazım olan cərrahi müdaxilədir.
Normal doğuş zamanı yaşanan mənfi təcrübələr səbəbindən, ağrılı olduğu düşüncəsi ilə və bunun körpə üçün daha riskli olduğunu düşünərək cütlüklər keysəriyyəyə üstünlük verirlər. Normal doğumla bağlı cəmiyyətdə yanlış inanclar aradan qaldırılmalıdır. Bu təbii prosesdir və əslində sağlamlıqla əlaqədar bir məsələdir. Normal doğum həm ana, həm də körpə üçün faydalıdır",-deyə mütəxəssis qeyd edib.
Həkim bildirib ki, normal doğuşdan sonra orqanizmin bərpası daha sürətli və asan olur. Normal doğuşdan sonra infeksiya və qanaxma riski daha azdır. Ana südü daha qısa müddətdə gəlir. Normal doğuşla doğulan körpələrin əmmə refleksi daha yaxşı olur. Doğuşdan sonra ana daha sürətli arıqlayır.
"Doğuşdan sonra anada qəbizlik problemi az olur. Normal doğulan uşaqlarda uşaqlıqda astma və piylənmə riski daha azdır. Növbəti hamiləlikdə yaşana biləcək ciddi ağırlaşmaların (düşmə, ölü doğum, uşaqlıq divarının yırtılması, plasentanın yerləşdiyi yerin anomaliyaları) nisbəti daha aşağıdır. Körpə doğum kanalından keçərkən təzyiq səbəbindən ağciyərlərindəki amniotik maye boşalır. Ağciyərlərdə maye qaldıqda, yenidoğanın keçici taxipnesi (TTN) kimi tanınan tənəffüs problemi yarana bilər ki, bu da keysəriyyə ilə doğulan körpələrdə daha çox rast gəlinir. Normal doğuş zamanı doğum kanalında olan faydalı bakteriyaların qəbulu ilə körpənin immun sistemi güclənir",-deyə ginekoloq sadalayıb.
medicalmedia.az 
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 6754   Tarix: 20 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR

Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir. Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələ

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

sonxeber.az geyim şəkilləri geyim dəbləri gelinlikler aliment öhdəlikləri faydalı bitkilər qara qaragatin faydalari yanıltmacalar kosmetika sekis qızlıq pərdəsi bayati qaynanaya aid qaynana