Qalxanvari vəzi analizləri və onların nəticələri

Qalxanvari vəzi analizləri və onların nəticələriMüxtəlif pozulmalar zamanı həkimlər xəstələrə qalxanvari vəzi hormonlarının analizlərini təyin edirlər.
Bir çox hallarda pasientlərə TSH, T3 və T4 kimi hormonların analizləri təyin olunur. Bu analizlərin nəticəsi insanda qalxanvari vəzidə olan pozulmalardan xəbər verir. Lazım olduqda diaqnozun dəqiqləşdirilməsi üçün bu analizlərdən əlavə xəstəyə qalxanvari vəzinin fəaliyyətinə aydınlıq gətirə bilən digər analizlər (xüsusi anticisimlər, zülallar) və müayinələr (qalxanvari vəzi USM-i, MRT və s.) təyin oluna bilər.
Adətən həkimlər xəstələrə bu kimi hallarda qalxanvari vəzi analizlərini təyin edirlər:
- həkimdə qalxanvari vəzi fəaliyətinin pozulmaları olan hipotireoza və ya hipertireoza şübhə yarandıqda (bu pozulmaların əlamətləri haqqında saytımızın "Endokrin sistemi" bölməsində geniş məlumat verilir),
- hipotireozun müalicəsinə kontrol etmək məqsədi ilə,
- qalxanvari vəzi böyüməsi zamanı (zob),
- uşaqlarda əqli və ya fiziki inkişafın ləngiməsi zamanı,
- ürək ritminin pozulmaları zamanı,
- ürək xəstəlikləri standart müalicəyə tabe olmadıqda,
- qadınlarda menstrual funksiyasının pozulmaları zamanı (menstruasiyaların qeyri-müntəzəm olması, menstruasiyaların olmaması),
- sonsuzluqla bağlı müayinələr zamanı.
TSH hormonu qalxanvari vəzi tərəfindən sintez edilmir (hazırlanmır). Bu hormon baş beyində olan endokrin vəzi hipofizin hormonudur. Lakin məhz TSH qalxanvari vəzi hormonlarının (T3 və T4) sintezini (istehsalını) tənzimləyir - sürətləndirir və ya əksinə ləngidir.
Hər hansı səbəblərə görə qanda qalxanvari vəzi hormonlarının səviyyəsi düşdükdə, hipofiz TSH-un sintezini artırır  ki, bu hormonun təsirindən qalxanvari vəzi hormonların ifrazı da artsın. Əksinə isə qalxanvari vəzi hormonların səviyyəsi qalxdıqda, hipofiz TSH-un sintezini azaldır ki, qalxanvari vəzi hormonların da sintezi azalsın.
T3 (triyodtironin) və T4 (tiroksin) hormonları qalxanvari vəzi tərəfindən ifraz olunur. Bu hormonlar orqanizmdə gedən müxtəlif proseslərdə (mübadilə prosesləri, sinir və ürək-damar sistemlərinin fəaliyyətinin tənzimlənməsi, uşaqlarda boyatma və inkişaf prosesləri və s.) çox fəal iştirak edirlər.
T3 və T4 ümumi və sərbəst olur. Ümumi T3 və T4  hormonları qanda xüsusi zülallarla bağlı vəziyyətdə olurlar, aktiv deyillər və orqanizmə qalvanvari vəzi hormonları kimi bioloji təsir etmirlər. Bu hormonların səviyyəsi orqanizmdə müxtəlif səbəblərə görə (bəzi dərman preparatların qəbulu, böyrək, qara ciyər xəstəlikləri, infeksiyalar, hamiləlik, bəzi genetik patologiyalar və s.) dəyişilir. Bu dəyişikliklər qalxanvari vəzi fəaliyyəti ilə bağlı olmaya bilər. Bütün bu səbəblərə görə ümumi T3 və T4 analizləri pasientlərə daha nadir hallarda təyin olunur.
Sərbəst T3 və T4 hormonların səviyyəsi qalxanvari vəzi fəaliyyətinin real vəziyyətini əks etdirir. Bu səbəbdən adətən xəstələrə məhz bu hormonların analizi təyin olunur. Bir çox hallarda xəstələrə yalnız sərbəst T4-ün analizi təyin olunur.
Hal hazırda bu analizlər müxtəlif üsullarla həyata keçirilir. Bu səbəbdən müxtəlif laboratoriyalarda bu hormonların normaları müxtəlif ola bilər. Bundan əlavə xəstənin yaşı və cinsi də burada müəyyən rol oynayır. Beləliklə, analizlərin nəticələrini yalnız həkim endokrinoloq dəqiq qiymətləndirə bilər.
Analiz sübh tezdən (gücə yuxusu normal olmalıdır) acqarına verilir. Analiz verdikdən 20-30 dəqiqə əvvəl xəstə tam sakitləşməlidir (həm fizkiki, həm də psixoloji). Əgər xəstə  qalxanvari vəzi hormonları qəbul edirsə, analiz günü həb qəbul edilməməlidir.
Qalxanvari vəzi fəaliyyətinin azalması (hipotireoz) zamanı T3 və T4 normada və ya normadan aşağı olur, TSH isə artmış olur.
Qalxanvari vəzi fəaliyyətinin artması (hipertireoz) zamanı T3 və T4 artır, TSH isə düşür.
Bu ümumi məlumatdır. Birdə təkrarlayaq ki, analizin nəticələrini daha dəqiq şəkildə yalnız həkim endokrinoloq qiymətləndirə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1030   Tarix: 18 may 2022
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Səhərlər başımız niyə ağrıyır? - 5 əsas səbəb

Araşdırmalara görə, baş ağrısına dözmək təhlükəlidir və buna görə də onun səbəblərini anlamaq və onları vaxtında aradan qaldırmaq vacibdir.   -a istinadən bildirir ki, baş ağrısı simptomları birdən görünə bilər və təkcə səhər

.

Pəhriz zamanı hansı qidalar tox saxlayır?

Arıqlamaq qədər vacib olan başqa bir şey də var ki, o da itirilən çəkini saxlamaqdır. Çəkimizi ancaq sağlam şəkildə itirdiyimiz halda saxlaya bilərik. Bu səbəbdən sağlam qidalanmaq vacibdir. "Unikal"a istinadə

.

Tez arıqlamaq üçün bu kokteyli hazırlayın

Dietoloq Kristen Karli tez arıqlamağın yollarını açıqlayıb.   -a istinadən bildirir ki, mütəxəssisin fikrincə sadə üsulla hazırlanmış kokteyl vasitsəilə qısa zamanda arıqlamaq mümkündür. Bu kokteyl həm də bədəninizi qiymətl

.

Ölüm saçan dərman Bakıda satışa çıxarıldı: Həm daxili, həm xarici məhv edir

Son vaxtlar sosial şəbəkələrdə kökəlmək istəyənlər üçün mənşəyi bəlli olmayan qida əlavələri satılır. baku tv-yə istinadla bildirir ki, qiyməti 18 manatdan başlayan bu məhsullara sahib olanlara 6-8 kiloqrama qədər çəki alacaqlar

.

Günə bu qida ilə başlayın - İnanılmaz faydaları var

Sağlam həyat üçün ən əhəmiyyətli qida qaynağı olan süd və süd məhsulları xüsusilə böyümə və inkişaf dövrlərində, hamiləlik və ana südü ilə qidalanma dövründə daha çox önə çıxır. -ə istinadən bildirir ki, süd insanın gündəli

.

Yuxuda yıxılma hissinin müalicəsi varmı?

Yuxuda büdrəmə, yıxılma təhlükəsi ilə çox adam qarşılaşır. İnsanlar qorxub oyanırlar. Belə hallar yuxu pozğunluğu da sayılır. Bəs yuxuda yıxılma hissinə səbəb nədir?. bildirir ki, psixoloq Ruhiyyə Rüstəmova bildirib ki, yuxunu

.

Ac qarına bal ilə su içmək zərərlidir? - Alimlər AÇIQLADI

Bir çox həkimlər səhərlər ballı su içməyin həzm və ümumi sağlamlıq üçün faydalı olduğunu iddia edirlər. Ancaq bu iddianı dəstəkləmək üçün kifayət qədər elmi araşdırma yoxdur. .   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Yayda dəriyə qulluq necə olmalıdır?

Günəş işığının təsirlərinin birbaşa hiss olunduğu yay ayları dəriyə qulluğa ən çox diqqət yetirilməli olan dövrdür. Dəniz, hovuz, günəş, isti hava. nə qədər cəlbedici səslənsə də, bütün bu amillər dəri sağlamlığı üçün risklə

.

Sinirləri bərpa edən çöl bitkisi kəşf edildi

Alman alimləri sinir sistemini bərpa edən yabanı çiçək tapıblar.   -a istinadən onlar adi çöl gülü knikusun sinir toxumasını bərpa etdiyini üzə çıxarıblar. Cnicus benedictus tərkibində olan knisin adlı birləşmə sinir toxumasın

turlar.az

sonxeber.az qadın geyimi hamiləlik qaşların formalari hicab geyimleri heyvanlar yemək tanışlıq saytları intim kosmetika novruza aid hakisdalar aysel seksual kley lekesi haxisdalar