Qırmızı mərci şorbası (8ay +)

Qırmızı mərci şorbası (8ay +)Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdən əziyyət çəkən uşaqlarda bağırsaq hərəkətlərini yaxşılaşdırmağa kömək edir. Türk mətbəxinin ən sevimli yeməklərindən olan mərci şorbası uşaqlar üçün yaxşı bir yemək mənbəyidir. Dəmir, maqnezium və kalium kimi minerallarla zəngin olan mərciməkdə, həmçinin, yağ turşuları vardır. Mərcimək qan şəkərinin sabit qalmasında kömək edir. Bu da, qırmızı mərciməyi uşaqlar üçün daha da dəyərli bir qida halına gətirir. Lakin, mərciməklər qaz problemləri yarada biləcək bir qidadır. Buna görə də körpənin yeməkdən dərhal sonra yatmayıb, hərəkətdə olması vacibdir. Körpənin bu növ yeməklərdən sonra hərəkətdə olması, qazın daha asan çıxarılmasına kömək edir.
Mərcimək şorbası üçün lazım olan inqrediyentlər:

1 stəkan qırmızı mərcimək,
1 kiçik kartof,
1 kiçik yerkökü,
2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
4 - 5 stəkan su.
Mərcimək şorbasının hazırlanması.
Mərcimək yaxşı yuyulub, 5-6 saat suda saxlanılır. Bu körpədə qaz yaranmasının qarşısını alacaq. Kartof və yerkökü yuyulur, soyulur və doğranılır. Bir qazana 4-5 stəkan su süzülür və üzərinə mərcimək, kartof və yerkökü əlavə olunub, qaynadılır. Köpük əmələ gəldikdə, qaşıq ilə köpüyü təmizləmək vacibdir. Qaynadıqdan sonra yerkökü və kartof tam bişənə qədər aşağı odda bişirilir. Tərəvəzlər tam pişirildikdən sonra ocaqdan götürülüb, zeytun yağı əlavə edilir. Hazır olan yemək orta dərəcədə əl blendiri ilə əzilir.
Qeyd: İstəyə görə kartof əvəzi düyü əlavə etmək olar. Düyüdən istifadə qaz sancısı olan körpələr üçün daha uyğun ola bilər. Ayrıca şorbaya iki qaşıq əvvəlcədən qaynadılmış yağsız ət bulyonu da əlavə edə bilərsiniz.
Şorbalar bu yaşdan sonra tam olaraq əzilməməsi tövsiyə olunur. Belə olan halda, yeməyin qida dəyəri azalmır, həm də körpəniz çeynəmə hərəkətlərini öyrənir. Körpənizdə qaz problemi varsa, mərcimək qabıqlarını ayırmaq üçün şorbanı süzgəcdən keçirmək faydalı ola bilər. Ayrıca süzgəcdəki qalan tərəvəzləri  çəngəl ilə əzib, yemək qazanına köçürə bilərsiniz.

Sağlam qida     Baxılıb: 21390   Tarix: 12 aprel 2020
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Kökəlmək üçün nə etməli? MƏSLƏHƏTLƏR

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir

.

Cücə salatı-Video

Cücə salatı-Video

.

Almalı pankeyk (10 ay+)

Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkild

.

Brokoli ilə toyuq kotleti (1+)

Brokoli ilə toyuq kotleti 1. Uşaq qidasında toyuq əti yüksək zülal dəyəri olan qidalardan biridir. Bir sözlə, toyuq əti uşağın sağlam böyüməsi, məktəb həyatında uğur qazanması və aktiv həyatında tez yorulmaması, fiziki v

.

Zeytun yağı ilə hazırlanmış Toyuqlu yunan qabağı - Video

Resept:. -500 qr toyuq filesi. -300 qr yunan qabağı. -1 ədəd soğan. -2 diş sarımsaq. -1 x.q. qarğıdalı nişastası. -2 saplaq göy soğan. -2 x.q. Zeytun yağı. -duz. -istiot. Nuş olsun !

.

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı-RESEPT

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı. Resept:. yarım hissə qırmızı kələm. -3-4 yarpaq ağ kələm. -2 ədəd kök. -1 ədəd yaşıl bibər. -50 qr doğranmış qara zeytun. -30 qr doğranmış qoz

turlar.az

sonxeber.az geyim və ayaqqabılar kosmetik vasiteler toy gecesi geyim şəkilləri xamali piroq əkizlər bürcü zirincin faydasi kosmetika kahfe fali faydalı bilgilər vətənə aid bayatılar orqazm kondom