Rövşanə işdən çıxarıldı

Rövşanə işdən çıxarıldıARB telekanalı tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə yollarını ayırıb.
Open.az xəbər verir ki, işdən çıxmasını News24.az-a təsdiqləyən aparıcı bildirib ki, heç bir səbəb göstərmədən televiziya rəybərliyi onun müqaviləsinə xitam verib:
"Pandemiya dövründə müqaviləyə xitam verilməsi nə dərəcədə doğrudur? Bu qanunla necə tənzimlənir, onu bilmirəm. Hətta bu pandemiya dönəmində işçilərin işdən çıxarılmaması ilə bağlı dövlət başçısının da tövsiyəsi var. Lakin bildiyim tək şey odur ki, müqaviləyə xitam verilib. Konkret heç bir səbəb yoxdur. ARB-dən ayrılan tək mən deyiləm, bir neçə aparıcı işdən çıxıb".
Teleaparıcı bildirib ki, iş ilə bağlı gələcək planları da elə peşəsi ilə bağlıdır: "Peşəm teleaparıcılıq, telejurnalistikadır. Demirəm ki, başqa sahədə işləmək düşüncəmdə yoxdur. O da ola bilər, amma yəqin ki, yenə də televiziyada fəaliyyətimi davam etdirəcəyəm. Ümumiyyətlə, gələcəklə bağlı hələ heç nə deyə bilmərəm. Təkliflər olduğu halda dəyərləndirəcəyəm. Təbii ki, mənə uyğun layihə olmalıdır. Mən efirdə belinə şal bağlayıb, haxışta deyənlərdən ola bilmərəm. Efirdə atılıb düşmək mənim imicimə, xarakterimə uyğun deyil. Normal tok-şou olarsa razılaşa bilərəm".
Rövşanə Ağasəfqızı qeyd edib ki, əksər hallarda reytinqsiz telekanallar bunda aparıcını günahlandırır:
"Kanalın reytinqi yoxdursa günahı aparıcıda görmək lazım deyil. Aparıcı olaraq öz reytinqimi hər zaman bilmişəm. Adi bir statusum hadisəyə çevrilirsə, verilişlərdən çıxarışlar trendə düşürsə, bunu aparıcı olaraq öz reytinqim kimi dəyərləndirirəm. Bütün tamaşaçılar da bilir ki, Rövşanə Ağasəfqızının aparıcı olaraq reytinqi var. Sadəcə olaraq kanal reytinqsiz olanda günahı aparıcıda görürlər. Telekanalda mənə verilişin reytinqinin aşağı olduğunu dedilər. Ola bilər. Mənə maraqlıdır ki, bütün sosial şəbəkələrdə veriliş yayımlanan günün sabahı trendə düşən kadrlar olur. Reytinq efirə çıxıb ağzına gələni danışmaq deyil. Veriliş xınayaxdı məclisi deyil. Verilişdə bağırmaq, söz atmaq reytinq yığmaqdırsa, mən onu bacarmayacam".

Şou Biznes     Baxılıb: 1759   Tarix: 18 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kızılcık Şerbeti'nin aktyoru azərbaycanlı imiş

"Kızılcık Şerbeti" serialında Fatih obrazını canlandıran aktyor Doğulan Güngör qatıldığı verilişdə özü ilə bağlı məlumat verərkən hər kəsi təəccübləndirib. xəbər verir ki, o, atasının azərbaycanlı olduğunu deyib

.

Burada tamaşaçıdan diqqət görmürük' - Samirə Əfəndi

"Böyük səhnədən sonra bura gəlirsən, amma o diqqəti burda görmürsən". xəbər verir ki, bu sözləri Avroviziya təmsilçimiz Samira Əfəndi "Rəngarəng səhər" verilişində deyib. "Bir az kobud səslənsə d

.

Sevil Əliyevanın mahnısına yeni nəfəs verdi - KLİP

"Qaya"  Dövlət Ansamblının bədii rəhbəri, istesadlı saksafon ifaçısı Fərid Mailov çoxdan gözlənilən layihəsini dinləyicilərə təqdim edib. xəbər verir ki, istedadlı musiqiçi bəstəsi Sevil xanım Əliyevaya məxsus ola

.

Natavan Həbibi:'25 il sonra ilk evimi almışam

Natavan Həbibi etirafı ilə izləyicilərini təəccübləndirib. xəbər verir ki, müğənni 25 ildir kirayədə yaşadığını deyib. Yeni ev aldığını bildirən Həbibi "Bu mənim ilk evimdir. 25 ildir Bakının hər küçəsində kirayədə qalmışıq

.

Röya konsertində "Sold Out" etdi

Xalq artisti Röya "Vegas City Hall"da sevənlərinin qarşısına çıxıb. xəbər verir ki, xalq artisti "Sold Out" olan musiqili gecədə iki saata yaxın səhnə alıb, onlarla hitlərini pərəstişkarlarına təqdim edib. 

.

Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidmətinə 153 milyon rubl borcu var. Rusiy mətbuatına əsasən xəbər verir ki, mayın 1-də vergi orqanları "influencer"ə borcunu ödəməyi bildirib

.

İkardinin həyat yoldaşı çılpaq pozalar verdi - FOTOLAR

"Qalatasaray"ın məşhur futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara sosial media hesabından paylaşdığı cəsarətli pozaları ilə gündəmdə qalmaqda davam edir. xəbər verir ki, 17 milyon izləyicisi olan Nara "instagram"

.

Boşanma səbəbləri bəlli oldu

Nihat Doğan və 2022-ci ildə evləndiyi iranlı həyat yoldaşı Arzu Doğanın boşanma xəbrləri təsdiqini tapıb. xxəbər verir ki, Arzu Doğan (Arezoo Gharlar) sosial media hesabında ayrılmaq qərarının səbəbini açıqlayıb. "

.

Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO

Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində paylaşım edib. Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:. "Dostlar

turlar.az

sonxeber.az geyim dəbləri donlar 2024 gelinlikler mayalanma usaqlarda angina sağlamlıq xəbərləri öpüşmək qaydası kosmetika qardasa aid haxistalar hamilelik qiz evi baldiza aid haxisda azerbaycan