Söz, söhbət, danışıq haqqında atalar sözləri

Söz, söhbət, danışıq haqqında atalar sözləriAbır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
Ağzının qaytanı yoxdur.
Adam var gözdən qızar, Adam var sözdən qızar.
Adam odur ilqarından dönməyə.
Adam yıxıldığı yerdən qalxar.
Adın nədir? - Rəşid! Birin de, birin eşit!
Adamın üzünə baxarlar, halını xəbər alarlar.
Ara sözü ev yıxar.
Başa dil gətirəni, el gətirə bilməz.
Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?
Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
Qorxu adama yalan dedirdər.
Damara bax, qan al.
Danışana macal vermir.
Danışıq, dananı qurda verər.
Danışığını yeyəsən.
Danışmaq gümüş, danışmamaq qızıldır.
Danışıram - pis olur, Danışmıram - his olur.
Dedim bir ağız ağla, demədim eli güldür bizə.
Dedim eşidəsən, demədim öyrənəsən!
Deyə-deyə dilimdə tük bitdi.
Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
Dilim-dilim olasan, dilim!
Dilini saxlayan salamat olar.
Dil yalançı olunca, lal olsa yaxşıdır.
Dil ürəyin açarıdır.
Dil yanılar, doğrusunu deyər.
Dil yarası qılınc yarasından yamandır.
Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
Doğru danışanın papağı yirtıq olar.
Doğru elə bilər ki, hamı doğrudur.
Doğru yalanı qovar.
Doğruya zaval yoxdur, çəksələr min divana.
Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
Doğru söz acı olar.
Doğru sözdən xəta gəlməz.
Doğru söz dəmiri dələr.
Düzlük xoşbəxtliyin açarıdır.
Düzlük uzanar, qırılmaz.
Düz sözə boynum qıldan nazikdir.
Əvvəl danış, sonra gül.
Əvvəl düşün, sonra danış.
İnsan ölər, söz qalar.
Yağmasan da gurulda.
Yalan ayaq tutar, yeriməz.
Yalan danışan hamını qanmaz bilər.
Yaman dil başa bəladır.
Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.
Yaman yeyənin olsun, yaman deyənin olmasın.
Yalan ki var, doğrunun quludur.
Yalan söz üz qızardar.
Yalançını mənzilənədək qov!
Yalançının evinə od düşdü, heç kəs inanmadı.
Yalançının üzü qara olar.
Yalançının hafizəsi olmaz.
Yalançı tamahkarı aldadar.
Kələk ilə gələn, külək ilə gedər.
Kişinin sözü bir olar.
Nə dil bilsin, nə dodaq.
Sözü söz kəsər.
Söz bir olsa, dağ oynayar yerindən.
Söz var el içində, söz var ev içində.
Söz vaxtına çəkər.
Söz verər, bez verməz.
Söz qılıncdan kəsərlidir.
Söz danışıqdan keçər.
Sözdən söz götürür.
Sözdən söz çıxar.
Söz doğar.
Söz insanın vuran əlidir.
Söz ki var, dəmirdir, vurduqca uzanar.
Söz götürənin, yer oturanındır.
Sözlə plov olmaz, yağ ilə düyü gərək.
Sözü məqamında deyərlər.
Söz odur ki, haqqa vara.
Söz sözün dayağıdır.
Söz sözü çəkər, arşın bezi.
Sözü ağzında bişir, sonra çıxart.
Sözü asta, ürəyi tasvasda.
Sözü at, yiyəsi götürər.
Sözü yaxşı anla,

Sonra qızıb banla.

Sözün başı axırından bilinər.
Sözün damarı olar, çəkdikcə uzanar.
Sözün də qanadı var.
Sözün doğrusun de, min atını çap.
Sözün doğrusunu zarafatla deyərlər.
Sözün zahiri zərif, batini lətif olmalıdır.
Sözün ilə işin bir olsun.
Sözün yalanı olmaz, yanlışı olar.
Sözün yaxşısı baldan şirin olar.
Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
Sözü sözdən alarlar.
Söz həyatın bəzəyidir.
Söz çeynəyən çox, söz deyən az.
Söyləyəndən dinləyən arif gərək.
Söyləyən olma, dinləyən ol.
Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
Hərzəkar ağız başa yumruq vurdurar.
Çox bilirsən, az danış.
Çox bilib az danışmaq igidin ləngəridir.
Çox bilən quş, dimdiyindən cələyə düşər.
Şirin dil ilanı yuvadan çıxardar.

Maraqlı     Baxılıb: 62397   Tarix: 26 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

Yerin heyrətamiz yeni görüntüsü yayıldı

NASA və ABŞ Milli Ekoloji Peyk İnformasiya Xidməti VIIRS sistemi tərəfindən çəkilmiş ilk görüntüləri dərc edib. Bu barədə Amerikanın Səsi məlumat yayıb. Məlumata görə, bu sistem noyabrın 10-da Vandenberq kosmik bazasında

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

turlar.az

sonxeber.az donlar 2024 yaz geyimleri 2024 reseptler virtual dərslər sizanaga qarsi maskalar gəlinlik və toy dəbi elm haqqinda atalar sozu kosmetika novruza aid hakışda arıqla burclər zehmet ve zinet qiz evi haxista