Tiramisu belə bişirilir – HAZIRLANMA QAYDASI

Tiramisu belə bişirilir – HAZIRLANMA QAYDASIAdətən çay süfrələrində ağız dadımızın alışdığı şirniyyatlardan istifadə etməyi çox sevirik. Amma Ailem.az bu dəfə sizə italiyan mətbəxinin ən ləzzətli şirniyyatlarından olan tiramisunun reseptini təqdim edir.

Ərzaqlar:

1 paket hazır keks (iki qatlı)
1 stəkan isti su

1 xörək qaşığı qəhvə
1 çay qaşığı şəkər tozu

Kremi üçün:

200 qram labne pendiri
2 stəkan süd

5 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı un
1 ədəd yumurta sarısı

Üzəri üçün:

2 xörək qaşığı kakao

Hazırlanması:

Əvvəlcə kremi hazırlayın. Şəkər tozu, süd, un və yumurta sarısını bir qazanın içinə töküb ocağın üzərinə qoyun. Orta odda dayanmadan qarışdıraraq, qatılaşana qədər bişirin. Kremi soyumağa qoyun. Soyuyandan sonra içinə labne pendirini qatıb mikserlə çırpın.

Keksi islatmaq üçün isti su, qəhvə və şəkər tozunu bir qabda qarışdırın. Servis boşqabına keksin bir qatını yerləşdirin. Qəhvə qarışımının yarısı ilə keksi isladın və üzərinə kremi yayın.

Keksin digər qatını da qəhvə qarışımı ilə isladın və çevirərək kremli qatın üzərinə qoyun. Qalan kremi tiramisunun üzərinə sürtün. Son olaraq kakaonu səpin. Soyuducuda 1-2 saat saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Mətbəx     Baxılıb: 3580   Tarix: 28 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

turlar.az

sonxeber.az geymler 2024 makiyaj instagram kosmetika mehsullari dərmanlar i̇mtahana hazırlıq dirnaq manikuru vaginal təmizlik kosmetika sağlıq cinsi uşaq şeirləri pizza kley lekesi