Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün

Üzünüzü yumazdan əvvəl iki dəfə düşününSızanaq və qara nöqtələrdən qorunmaq üçün ən yaxşı həll yolunun gündə iki dəfə üzünüzü yumaq olduğunu eşitmiş ola bilərsiniz. Hətta hər səhər və axşam sevimli dəri təmizləyicinizdən istifadə etmək də tövsiyə edilmiş ola bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, dermatoloqlar dərini çox tez-tez, xüsusilə də sərt kimyəvi maddələrlə yumağın çox zərərli olduğunu bildirirlər.
Həddən artıq təmizləmək dərinin pH balansını pozur!
Dəri təmizləyici məhsullar yaxşı bakteriyaları məhv edə və dərinin pH balansını poza bilər. Əgər gündə iki dəfə üzünüzü yuyan birisinizsə, səhər yumadan imtina etmək faydalı ola bilər. Ancaq makiyaj edənlərin axşam üzünü mütləq yuyaraq təmizləməsi vacibdir.
Kran suyu dəriyə zərərlidir!
Kran suyunun keyfiyyəti yaşadığınız bölgədən asılı olaraq dəyişir. Adətən, tərkibindəki sərt minerallar səbəbiylə dərinin qurumasına və qıcıqlanmasına səbəb olur. Bu səbəbdən dərinin təmizlənməsi zamanı həddindən artıq su istifadəsini azaltmaq faydalı ola bilər.
Dərini miselyar su və toniklə təmizləyin!
Üzünüzü təmizləyərkən daha az su istifadə etmək ziddiyyətli səslənə bilər. Amma bu, mümkündür. Belə ki, bunun üçün miselyar sulardan və toniklərdən istifadəyə üstünlük vermək olar. Dəri tipinizə və dərinizin ehtiyacına görə miselyar su və tonik seçmək çox faydalı olacaq. Dəriniz yağlı və ya qırışlara meyllidirsə, su əsaslı təmizləyicilər və toniklər idealdır. Əksinə quru və qıcıqlanan dəri üçün yağ əsaslı məhsullar uyğun olacaq.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 675   Tarix: 01 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?

"Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". -a istinadən bildirir ki, bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib. O bildirib ki, spirt - tərkibində etanol ola

.

Yerkökü xərçəng riskini azalda bilər

Nyukasl Universitetinin alimləri yerkökünün xərçəngin qarşısını almağa kömək etdiyini aşkar ediblər.   -a istinadən bildirir ki, bu nəticəyə gəlmək üçün onlar 4 milyondan çox insanı əhatə edən 200-ə yaxın tədqiqatın meta-analizin

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

Qaraciyəri təmizləməyə kömək edəcək və bu orqanın fəaliyyətini dəstəkləyəcək məhsulların siyahısı tərtib edilib.   -a istinadən bildirir ki, siyahını kardioloq Olqa Bokeriya tərtib edib. Onun sözlərinə görə, sağlam qaraciyə

.

Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın

Balqabaq tumu orqanizm üçün çox sağlam qidadır, lakin bəzi insanlar üçün faydalı olmaya bilər.   -a istinadən xəbər verir ki, allergik reaksiyalarla müşayiət olunan fərdi dözümsüzlüyünüz varsa, bu məhsulu istifadə etməməlisiniz

.

Bu şəxslər hər gün yumurta yeməlidir

a istinadən yumurtanın faydalarını təqdim edir:. Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları . - Uzun müddət tox tutur. - Güclü bir protein

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Bu yağlar qanda laxtalanma riskini artırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən bildirir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Banan yeməyin faydaları və zərərləri. Soğanın hansı növü daha faydalıdır?

turlar.az

sonxeber.az yay kolleksiyasi sade makiyaj sekilleri qis geyimləri 2024 1 hefteye 5 kq ariqlamaq balaca qablarda keks yarpizin faydalari sözlü şəkillər kosmetika janrlar qoğalın nağlı öpüşme ikizler novruz bayramına aid hakıştalar