Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası (10 ay+)Əriştəli toyuq şorbası (10 ay+)

Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər. Çünki toyuq ətini yemək asandır. Buna görə də iştahsızlığın olduğu bir xəstəlik zamanı toyuq bulyonu ilə hazırlanan yeməklər uşaqlara hətda böyüklərə də tövsiyə olunur. Bundan əlavə, qrip olan insana bol maye içmək vacib olduğu halda şorba bu kimi hallarda köməyə yetişən bir yeməkdir. Toyuqun müxtəlif yerlərindəki ətin xüsusiyyətləri də fərqlidir. Məsələn, zülal əsasən döş ətində, yağ isə boyun bud və s. hissədə cəmlənir. Zülal və yağ tərkibi baxımından əhəmiyyətli bir üstünlüyə sahib olan toyuq əti, xüsusilə dəmir, fosfor və B qrup vitaminlərinin yaxşı mənbəyidir. Bişmiş toyuq ətinin qidalandırıcı dəyəri, yenidən qızdırmaqla biraz daha azalır. Təkrar istiləşmədən çəkinin, mümkün qədər uşaq üçün bişirdiyiniz toyuq ətini bişdiyi gündə yedirməyə çalışın.

Əriştəli toyuq şorbası üçün inqridiyentlər:

· Toyuq döş ətinin yarısı,

· 1/2 fincan əriştə,

· 2-3 budaq cəfəri,

· 1 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,

· 1 kiçik kök,

· 5 stəkan su.

Əriştəli toyuq şorbasının hazırlanması:

Dəridən təmizlənmiş və yaxşıca yuyulmuş toyuq əti qazana qoyulur və su əlavə olunur. Orta istilikdə 30 dəqiqə bişdikdən sonra toyuq əti sudan çıxarılır. Toyuq əti didilib, kiçik parçalara kəsilir. Bu vaxt, əlavə tavada zeytun yağı ilə incə doğranmış və ya rəndələnmiş kök orta istilikdə 3-4 dəqiqə bişirilir. Qaynayan toyuq bulyonuna bişmiş kök, didilmiş toyuq, bütöv halda cəfəri və əriştə əlavə olunur. Orta istilikdə 10 dəqiqə bişirilir. Əriştə bişirildikdən sonra ocaqdan götürülür. Qoyduğunuz bütöv cəfəri yeməkdən götülür.

Körpələr üçün şorbanı əl blendirindən keçirib, verə bilərsiniz. Körpəniz xəstədirsə, iştahsızdırsa, yeməkdə çox çətinlik çəkirsə, blenderdən çox xırda keçirə bilərsiniz. Əks halda yeməyi çox xırda keçirməyə ehtiyac yoxdur.

Sağlam qida     Baxılıb: 20717   Tarix: 16 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tərəvəz omleti (1 yaş +)

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməy

.

"Zeytun Bağları" ilə hazırlanmış Toyuq salatı-Video

"Zeytun Bağları" ilə hazırlanmış Toyuq salatı. Resept:. -300 qr toyuq filesi. -yarım yaşıl bolqar bibəri. -yarım qırmızı bolqar bibəri. -yarım sarı bolqar bibər. -1 ədəd xiyar. -1 balaca banka konserv göbələk. -

.

"Zeytun Bağları" ilə hazırlanmış Tərəvəzli toyuq - VIDEO

Resept:. -Toyuq filesi 150 q. -1 ədəd böyük badımcan. -1 ədəd kök. -1 ədəd bibər. -2 ədəd pomidor. -1 ədəd qırmızı baş soğan. -2 diş sarımsaq. -duz, istiot. -2 x.q. "Zeytun Bağları" yağı. Nuş olsun!. jwplayer "mediaspace_171605142910868294086648dde599051.setup"flashplayer"

.

Zeytun yağlı Göbələk şorbası - VİDEO

Zeytun yağlı Göbələk şorbası. Resept: . -500 qr göbələk . -1 ədəd baş soğan . -200 ml qaymaq . -2 st qaynadılmış su . -2 st süd . -duz . -istiot . -Zeytun yağı . -bəzək üçün şüyüd. Nuş Olsun!

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

.

"Zeytun Bağları" ilə hazırlanmış Humus- VIDEO

Resept:. -300 qr bişmiş təmizlənmiş noxud . -1 x.q. tahini . -1/4 fincan zeytun yağı. -2 x.q. limon şirəsi. -duz -istiot . -1/3 fincan soyuq su. Nuş olsun!

.

Qaraciyərin sağlamlığını qoruyan meyvə

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir. Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyə

.

Qırmızı mərci şorbası (8ay +)

Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdə

turlar.az

sonxeber.az gozel gorunmek geymler 2024 toy makiyaji sekilleri qogal resepti qisa saclarin yigilmasi kesmikli blincik küncüt yağı kosmetika sirniyatlar klitor vətənə aid atalar sözləri novruz hakıştası veten haqqinda bayatilar